Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, milli sağlamlıq həftəsi münasibətilə Qum Tibb Elmləri Universitetinin rektoru İbraze universitet rəhbərliyi ilə birlikdə böyük təqlid mərcəsi həzrət Ayətullah Cəfər Sübhani ilə görüşüb.
Həzrət Ayətullah Sübhani görüş zamanı ölkənin səhiyyə və müalicə sahəsində çalışan əməkdaşlarının xidmət və fədakarlıqlarını yüksək qiymətləndirərək bildirib:
Ramazan ayında baş vermiş müharibə zamanı səhiyyə nazirliyinin göstərdiyi fədakarlıq olduqca dəyərli və yaddaqalan olmuşdur.
Həzrət Ayətullah Cəfər Sübhani vurğulayıb ki, həkimlər, tibb bacıları və müalicə heyəti son müharibə günlərində İran xalqının qələbə və qüdrətinin əsas sütunlarından biri olublar.
Böyük təqlid mərcəsi, Ayətullah Cəfər Sübhani əlavə edib:
Yeni doğulmuş körpələri xilas edən tibb bacısının fədakarlıq səhnələrini izlədim. O mənzərə sanki mələklərin gördüyü bir işi xatırladırdı.
Görüş zamanı Qum Tibb Elmləri Universitetinin rektoru İbraze də universitetin fəaliyyəti və vilayətin səhiyyə sisteminin xidmətləri barədə hesabat təqdim edib.
O, xüsusilə Ramazan ayında baş vermiş müharibə dövründə səhiyyə işçilərinin göstərdiyi xidmətlər və həyata keçirdikləri fəaliyyətlərə toxunub.
Xəbərin sonu
Rəyiniz